Haqqımda
Mən, Bəxtiyar İsmayılov ixtisasca endoskopist həkiməm və uzun illərdir mədə-bağırsaq, qida borusu və qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğulam. Təcrübəm zamanı yüzlərlə pasiyentin sağlamlığına dəstək olmuşam və müasir tibbi texnologiyaların istifadəsi ilə daha dəqiq nəticələr əldə etmişəm.
Xüsusilə FUJIFILM ELUXEO Lite kimi yüksək dəqiqlikli endoskopik sistemlərdən istifadə edərək, poliplərin çıxarılması, varikoz damarların bant üsulu ilə bağlanması, biopsiya və digər minimal invaziv müdaxilələri rahat və ağrısız şəkildə aparılır
Pasiyentlərimə fərdi yanaşma, prosedur öncəsi və sonrası ətraflı izah, eləcə də rahat müayinə şəraiti təmin etmək mənim üçün əsas prioritetdir. Hər bir müayinə və müalicə prosesini təhlükəsiz və effektiv şəkildə aparmaq üçün beynəlxalq standartlara uyğun işləyirik
Məqsədim pasiyentlərin sağlamlığını qorumaq və müayinə prosesini stresssiz, rahat və etibarlı etməkdir.
Təhsil
2004 - 2010
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
Dərəcə:Magistr
Ölkə:Azərbaycan
2010 - 2012
Federal Tibbi-Bioloji Agentlik tibbi mərkəzi
Dərəcə:Rezdentura
İxtisas:Ümümi cerrah
2019 - 2020
Adana Başkənd universiteti
Dərəcə:İxtisas artirma
İxtisas:Qastroenteroloq endoskopist
Ölkə:Turkiye
İş Təcrübəsi
2020 - Davam edir
OKSİGEN KLİNİKASİ
Vəzifə:Qastroenteroloq-Endoskopist
2018 - 2019
ADANA BAŞKƏND XƏSTƏXANASI
Vəzifə:Qastroenteroloq-Endoskopist
2017 - 2018
TURAN KLİNİKASI
Vəzifə:Qastroenteroloq-Endoskopist
2016 - 2017
CİTY HOSPİTAL
Vəzifə:Qastroenteroloq-Endoskopist
2015 - 2016
Azərbaycan Silahli qüvvələrin Baş klinik xəstəxanası
Vəzifə:Qastroenteroloq-Endoskopist
