Qastroskopiya (yuxarı mədə-bağırsaq endoskopiyası) qida borusu, mədə və 12-barmaq bağırsağın birbaşa görüntülənməsi üçün aparılan ən dəqiq müayinələrdən biridir. Aşağıdakı hallarda mütləq tövsiyə olunur:
1. Aşağıdakı şikayətləri olan şəxslər
Uzunmüddətli mədə ağrısı
Mədə yanması, qıcqırma
Ürəkbulanma, qusma
Yeməkdən sonra köp, dolğunluq
Udqunma çətinliyi
Davamlı iştahasızlıq
2. Alarm (təhlükəli) əlamətləri olanlar
Bu əlamətlər varsa, qastroskopiya təcili lazımdır:
Qan qusma və ya qara rəngli nəcis
Səbəbsiz çəki itkisi
Anemiya (qan azlığı)
Gecələr oyandıran mədə ağrısı
Ailə tarixində mədə xərçəngi
3. 40–45 yaşdan yuxarı şəxslər
Yeni başlayan mədə şikayətləri varsa
Uzun müddətdir dispepsiya davam edirsə
Bu yaş qrupunda ciddi xəstəlik riski daha yüksəkdir.
4. Helikobakteri pilori şübhəsi olanlar
Testlər müsbətdirsə
Müalicədən sonra kontrol məqsədilə
Xroniki qastrit əlamətləri varsa
5. Xora və ya reflüks xəstəliyi olanlar
Mədə və 12-barmaq bağırsaq xorası
Uzunmüddətli reflüks xəstəliyi
Barrett qida borusu şübhəsi və ya nəzarəti
6. Uzun müddət dərman qəbul edənlər
Davamlı ağrıkəsicilər (NSAİİ)
Uzunmüddətli kortizon
Qan durulaşdırıcı dərmanlar fonunda mədə şikayətləri olanlar
Qastroskopiya:Erkən diaqnoz qoymağa
Xoranı, qastriti, şişləri vaxtında aşkar etməyə
Lazım olduqda biopsiya götürməyə imkan verir




