Yediyim qida mədəmdə qalır” hissi adətən mədənin boşalmasının ləngiməsi ilə əlaqədardır və bir neçə səbəbdən yarana bilər.

Ən çox rast gəlinən səbəblər:

🔹 Funksional dispepsiya

Mədə struktur olaraq sağlamdır, lakin hərəkəti zəifləyib. Stress və qeyri-düzgün qidalanma fonunda tez-tez rast gəlinir.

🔹 Qastroparez (mədənin gec boşalması)

Xüsusilə şəkərli diabet, sinir sistemi pozğunluğu və ya bəzi dərmanların təsiri ilə yaranır.

🔹 Mədə çıxışında daralma (stenoz)

Mədə xorası, çapıqlaşma və ya şişlər nəticəsində qidanın onikibarmaq bağırsağa keçidi çətinləşir.

🔹 Xroniki qastrit və reflüks

Mədənin iltihabı və turşuluğun artması həzm prosesini ləngidə bilər.

🔹 Ağır və gec həzm olunan qidalar

Yağlı, çoxlu yemək, gec saatlarda qida qəbulu bu hissi artırır.

Yanaşı əlamətlər

  • Tez doyma

  • Şişkinlik

  • Ürəkbulanma

  • Qusma

  • Sinə arxasında ağırlıq hissi

Nə vaxt mütləq həkimə müraciət edilməlidir?

  • Uzun müddət davam edirsə

  • Arıqlama, qusma, qanazlığı ilə müşayiət olunursa bu zaman endoskopik müayinə mütləqdir.

“Qida mədədə qalır” hissi bəzən funksional problem olsa da, bəzi hallarda ciddi mədə xəstəliklərinin əlaməti ola bilər. Vaxtında müayinə düzgün diaqnoz və effektiv müalicə üçün əsasdır.